EN

Gündəm olan azərbaycanlı hücumçu: “Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”

“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm.

Amma istəmirəm ki, başqa şeylər düşünüm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferentsvaroş”a qalib gəldikləri görüş (3:1) haqqında danışarkən deyib.

Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, qol vurmaq üçün həmişə çalışır: “İndiyə qədər də çox çalışmışam, sadəcə, səbrli olmaq lazım idi.

Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırır. Mənim üzərimə düşən sadəcə işləməkdir”.

Chosen
12
sportinfo.az

1Sources