EN

Fransa ABŞ nin BCM üzvlərinə sanksiya tətbiq etməsindən məyus olub

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

 Rəsmi Paris ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) araşdırmaları ilə əlaqəli olan xarici şəxslərə qarşı sanksiyalar tətbiq etməsindən məyus olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyin (XİN) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin İsrail rəhbərliyi və ABŞ vətəndaşlarına qarşı hərəkətlərinə görə BCM-in dörd hakiminə, o cümlədən fransız Nikolya Giyuya qarşı sanksiyalar tətbiq etmək qərarı rəsmi Parisi "məyus edib".

Bildirilib ki, tətbiq edilən sanksiyalar müstəqil məhkəmə prinsiplərinə ziddir.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio bir sıra şəxslərə sanksiya tətbiq edildiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
50
bakivaxti.az

10Sources