EN

Ukrayna və  İran arasında qalmaqal: Kiyev bu memorandumu ləğv etdi 

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasport sahiblərinin vizasız səfərlərinə dair 1993-cü il tarixli Anlaşma Memorandumunu ləğv edib.

Ulusal.az xəbər verir ki, bununla bağlı, hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün “Telegram” kanalında məlumat yayıb.

“Ukrayna hökuməti ilə İran İslam Respublikası arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış Anlaşma Memorandumu ləğv edilib”, – deyə, Melnıçuk bildirib.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Kiyev Tehranla 1993-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişini də ləğv edib. Ukrayna İranı müharibədə Rusiyaya yardım göstərməkdə günahlandırıb.

Chosen
57
12
moderator.az

10Sources