EN

Gəncədə təmir gedən binaya quraşdırılan konstruksiya aşıb

Gəncədə təmir gedən binaya quraşdırılan dəmir konstruksiya küçəyə aşıb. SİA-nın məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb. Dəmir konstruksiyanın küçəyə aşması nəticəsindən ərazidən keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
5
sia.az

6Sources