Gəncədə təmir gedən binaya quraşdırılan dəmir konstruksiya küçəyə aşıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb. Dəmir konstruksiyanın küçəyə aşması nəticəsindən ərazidən keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta