AZ

Gəncədə dəmir konstruksiya aşıb - Qadın yaralanıb

Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə şəhərin mərkəzində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb.

Anidən quraşdırılan həmin dəmir konstruksiya küçəyə aşıb. Bu zaman həmin ərazidən piyada keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
5
anews.az

6Mənbələr