EN

Şahzadə Uilyamın Harri ilə barışmaq istəməməsinin əsl səbəbi açıqlandı

Şahzadə Uilyam Şagzadə Harri ilə həyat yoldaşı Meqan Markla görə qardaşı münasibətləri yaxşılaşdırmaq istəmir. 

HİT.az xəbər verir ki, bunu “Fox News Digital” telekanalına müsahibəsində kral eksperti Hilari Fordviç deyib.

"O, arvadına güvənmədiyi üçün Şahzadə Harri ilə barışmaq istəmir. Qorxular əsaslıdır. İstənilən şəxsi ailə müzakirələri ictimailəşə və ya cütlüyün kommersiya layihələrində istifadə oluna bilər", deyə Fordviç izah edib.

Ekspert qeyd edib ki, Meqan Marklın Britaniya ictimaiyyəti və mədəniyyəti qarşısında heç bir vəzifəsi yoxdur. Fordviçə görə, qardaşların barışması yaxın gələcəkdə baş verməyəcək, çünki Harri Uilyamın Meqanı təhqir etdiyinə inanır.

"Majesty" jurnalının baş redaktoru və kral eksperti İnqrid Syuard da eyni fikri bölüşür. O, Meqan Marklın qardaşlar arasındakı münasibətləri korladığına inanır. Üstəlik, Syuard əmindir ki, hersoginya şahzadə Harri və Uilyamın ataları Çarlz III ilə ünsiyyətinə təsir edib.

"O, monarxiyanın bir çox pərəstişkarları arasında dərin düşmənçilik yaradır. Onlar onu kral ailəsi üçün son dərəcə təhlükəli hesab edirlər", deyə ekspert qeyd edib.

Samir
 

Chosen
75
8
hit.az

10Sources