EN

Paşinyandan tarixi Türkiyə açıqlaması: 33 ildən sonra ilk dəfə mümkün olacaq

  Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda mətbuata açıqlamasında Türkiyə ilə sərhəd məsələlərini dəyərləndirib.

Referans xəbər verir ki, o, Ermənistan-Türkiyə sərhədlərinin təkcə bu istiqamətdən deyil, müxtəlif yollarla açıla biləcəyini və danışıqların birbaşa aparıldığını vurğulayıb:

“İnanıram ki, Ermənistan-Türkiyə sərhədi açılacaq.”

Paşinyan həmçinin qeyd edib ki, hökumət bütün sərhəd keçidlərini, o cümlədən Ermənistan-Azərbaycan sərhəd keçidlərini sadələşdirməyə hazırdır.

Baş nazir bildirib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırmır. O, qərarlarının qısa, orta və uzunmüddətli inkişaflara əsaslanacağını qeyd edib.

Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədləri Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxiləsi səbəbilə Türkiyə tərəfindən bağlanıb. O vaxtdan bəri sərhəd həm nəqliyyat, həm ticarət baxımından tamamilə məhdudlaşdırılıb və yalnız diplomatik kanallar vasitəsilə məhdud ünsiyyət davam etdirilir..//Globalinfo.az  

Chosen
6
1
referans.az

2Sources