EN

Gəncədə 500-dən çox quru və qəzalı ağac müəyyən olunub

Bakı.Trend:

Gəncə şəhərində inventarlaşdırılmış və nişanlanmış quru vəbioloji inkişafdan qalmış ağacların götürülməsi ilə bağlıictimaiyyətin məlumatlandırılması məqsədilə Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və ictimaiyyətnümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib.

Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatyayıb.

İctimai dinləmədə bildirilib ki, şəhərin küçə, prospekt vəparklarında qeydiyyata alınaraq inventarlaşdırılmış və nişanlanmış500-dən çox quru və qəzalı ağac müəyyən olunub və onlarıngötürülməsi işlərinə başlanılıb. Götürülən ağacların yerinə iqlimvə torpaq şəraitinə uyğun yeni ağacların əkilməsi mövsümdə -sentyabr ayında həyata keçiriləcək. Götürülən ağacların üzərindəkinişanlar yeni əkilən ağaclara bərkidiləcək və ictimaiyyət hər birağac haqqında məlumatı www.agac.az səhifəsi vasitəsilə izləyəbiləcək.

Qeyd olunub ki, ilk dəfə Gəncə şəhərində pilot layihə kimitətbiq edilən qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektronşəkildə nömrələnməsi və nişanlanması layihəsinin məqsədiyaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək,şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir.

Quru və qəzalı ağacların götürülməsi və onların yerinə yeniağacların əkilməsi işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyininaidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətininmüvafiq qurumları tərəfindən həyata keçiriləcək.

Gəncədə
Gəncədə
Gəncədə
Chosen
36
7
az.trend.az

8Sources