EN

Ceyranbatanda açıq sahədə yanğın - VİDEO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verib

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Qeyd olunub ki, FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Məlumatda deyilir ki, yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.

Chosen
41
3
unikal.az

10Sources