AZ

Ağdərədə yanğın baş verən ərazidə partlayış olub:

Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayış qeydə alınıb.

 

APA xəbər verir ki, nəticədə bir nəfər xəsarət alıb. 

 

Xəsarət alan şəxsin yanğınsöndürən Babək Zeynalov olduğu bildirilir. Ona ilkin tibbi yardım göstərilib, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.

 

Əraziyə FHN-in yanğınsöndürən helikopterləri cəlb olunub.

Seçilən
6
8
senzor.az

10Mənbələr