17 yaşadək qadın futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.