AZ

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

Day.Az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.

 

Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

Seçilən
18
16
day.az

10Mənbələr