Bakı. Trend:
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millikomandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyioyunlarının tarixi müəyyənləşib.
TrendAFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ciqrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo,30-da isə Moldova yığması ilə qarşılaşacaq.
Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonraməlumat veriləcəyi bildirilib.