EN

UEFA Ukrayna Azərbaycan matçının yerini dəyişib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüş Krakov şəhərinin "Krakoviya" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, əvvəl oyunun Vrotslav şəhərindəki "Tarçinski Arena"da keçirilməsi planlaşdırılırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
34
oxu.az

10Sources