EN

İsti hava şəraiti səbəbindən 2 mindən çox insan həyatını itirib

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu il yayın əvvəlindən avqustun 16-dək İspaniyada 2 min 405 nəfər güclü istilər səbəbindən həyatını itirib. Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya Milli Ölümə Nəzarət Sistemi məlumat yayıb.

Bildirilib ki, 2024-cü il mayın 15-dən sentyabrın 30-dək ümumilikdə 2 min 12 nəfər istidən ölüb. 2023-cü ildə bu göstərici 3 min 7, 2022-ci ildə isə 4 min 789 olub. İspaniyada istilərlə əlaqədar həyatını itirənlərin əksəriyyəti yaşlılar, xroniki xəstələr və sosial cəhətdən həssas təbəqələrdən olanlardır. Səhiyyə orqanları əhaliyə günorta saatlarında çölə çıxmamağı, bol su içməyi və sərin məkanlarda qalmağı tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
4
avtosfer.az

5Sources