EN

Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə GÖSTƏRDİ

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off matçını idarə edib.Bizim.Media xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Məsiyev qonaq komandadan dörd, meydan sahiblərindən isə üç futbolçuya sarı vərəqə göstərib. O, "Çelye"nin baş məşqçisi Albert Rieraya da sarı vərəqə göstərib. İspaniyalı mütəxəssis texniki zona qaydasını pozduğuna görə bu cəzanı alıb.Qeyd edək ki, Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
4
bizim.media

6Sources