EN

Azərbaycandan meyvə-tərəvəz ixracı 22,6% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara ümumi tərəvəz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.

Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

Bildirilib ki, , bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.
Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib.

Chosen
22
9
operativmedia.az

10Sources