Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü iləmüqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%,alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalıixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2%artıb.
Bu barədə TrendKənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, eyni dövrdə ötən ilin yanvar-iyul ayları iləmüqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6% artım qeydəalınıb.
O cümlədən, bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xaricibazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%,qarpız və qovun ixracı 2 dəfədən çox artıb.
"Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil,ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyərifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə buartım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib", -məlumatda qeyd edilib.