AZ

Xarici bazarlara meyvə, tərəvəz və bostan məhsullarının ixracında ciddi artım qeydə alınıb  

Yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara meyvə, tərəvəz və bostan məhsullarının ixracında ciddi artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1 faiz, sitrus meyvələri ixracı 54 faiz, alma, armud və heyva ixracı 53,6 faiz, ərik, albalı, gilas, şaftalı ixracı 33 faiz, nar ixracı 37,7 faiz, digər meyvələrin ixracı isə 76,2 faiz artıb.

Eyni dövrdə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6 faiz artım qeydə alınıb.

O cümlədən bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8 faiz, pomidor ixracı 22,8 faiz, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.

Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5 faiz artıb, pomidor ixracı üzrə bu artım 12,4 faiz, qarpız və qovun ixracı üzrə isə 86,4 faiz təşkil edib.

Seçilən
18
9
azerbaijan-news.az

10Mənbələr