Bu gün Rusiyanın Ermənistandakı bazası yaxınlığında etiraz keçiriləcək.
Turkustan.az xəbər verir ki, Ermənistan parlamentinin deputatlardan birinin təşkilatçılığı ilə Gümrüdə yerləşən 102-ci hərbi bazasına etiraz olaraq Gümrüyə avtomobillərlə yürüş keçiriləcək.
Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.
2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.
Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb./modern.az/