AZ

Ermənilər rus bazasına etiraz edəcək -AKSİYA

Bu gün Rusiyanın Ermənistandakı bazası yaxınlığında etiraz keçiriləcək.

Redaktor.az xəbər verir ki, Ermənistan parlamentinin deputatlardan birinin təşkilatçılığı ilə Gümrüdə yerləşən 102-ci hərbi bazasına etiraz olaraq Gümrüyə avtomobillərlə yürüş keçiriləcək.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 

Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Seçilən
2
5
redaktor.az

8Mənbələr