AZ

Ermənilər etiraz aksiya keçirir: Rus qoşunları çıxarılsın!

Gümrüdəki Rusiya hərbi bazası yaxınlığında etiraz aksiyası keçirilir.

Modern.az xəbər verir ki, aksiyanı “Respublika Naminə” partiyası təşkil edib.

Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edirlər.

***

11:52

Bu gün Rusiyanın Ermənistandakı bazası yaxınlığında etiraz keçiriləcək.

Modern.az xəbər verir ki, Ermənistan parlamentinin deputatlardan birinin təşkilatçılığı ilə Gümrüdə yerləşən 102-ci hərbi bazasına etiraz olaraq Gümrüyə avtomobillərlə yürüş keçiriləcək.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb.

2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 

Daha əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Seçilən
5
5
modern.az

8Mənbələr