Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 22 avqust, AZƏRTAC
Misli Premyer Liqasında II tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda çempionatın debütantı “İmişli” ilə “Neftçi” qarşılaşıb. Şamaxı şəhər stadionunda reallaşan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra Bakı klubunun 2, bölgə təmsilçisinin isə 1 xalı var.
Günün ikinci qarşılaşmasında son çempion “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. "Azərsun Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.
Qeyd edək ki, turun digər oyunları avqustun 23, 24 və 25-də olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.