EN

Azərbaycan, Türkmənistan və Özbəkistan qardaşlığı energetika əməkdaşlığında yeni dövrün əsasını qoyub - Azər Qarayev

Bakı.Trend;

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan PrezidentiQurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti ŞavkatMirziyoyevin iştirakı ilə Türkmənbaşı şəhərində keçirilən görüş,regionun siyasi-iqtisadi inkişafında mühüm mərhələdir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakıqardaşlıq münasibətləri, tarix, mədəniyyət, dil və dini ortaqdəyərlərə əsaslanan dərin və çoxşaxəli əlaqələrə dayanır.

"Bu münasibətlər yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır,həm də xalqlar arasında səmimi və strateji tərəfdaşlıq ruhundainkişaf edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu üçölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil,"qardaşlıq" əsasında qurulub. O qeyd edir ki, bu əməkdaşlıq bölgədəsülh, sabitlik və rifah üçün mühüm platforma yaradır.

Dünənki görüşdə də liderlər, üç ölkə arasında mövcud dostluq vətərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi vəəməkdaşlığın yeni perspektivlər üzrə inkişaf etdirilməsi məqsədinivurğulayıblar. Onlar, regional və beynəlxalq məsələlərdə qarşılıqlıdəstək və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Azərbaycan,Türkmənistan və Özbəkistan kimi Orta Asiya və Cənubi Qafqazölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu,onları Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında körpü roluoynamağa imkan verir."

A.Qarayev qeyd edib ki, son illərə nəzər salsaq görərik ki,Azərbaycanla bu iki ölkə arasında əlaqələr daha da genişlənir.

"Azad edilmiş ərazilərimizdə də qardaş Özbəkistan vəTürkmənistan tərəfindən də müəyyən işlər görülüb. Belə ki,Özbəkistan tərəfindən Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyinadını daşıyan orta məktəb inşa olunub. Xankəndi şəhərində özbəktərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabrikifəaliyyət göstərir.

Türkmənistan tərəfindən isə Füzuli şəhərində məscid inşaediləcək. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin necə möhkəmolduğunun daha bir göstəricisidir.Ölkələrimiz arasında enerjisahəsində də əməkdaşlıqlar genişlənməkdədir."

Politoloq bildirib ki, Azərbaycanın Türkmənistanla ənənəvienergetika əməkdaşlığı, eləcə də Özbəkistanla bu sahəyə yeni qədəmqoyması, regionda enerji siyasətinin dərinləşdiyini vəgenişləndiyini göstərir.

"Bu, eyni zamanda Azərbaycanın regional lider kimi mövqeyinimöhkəmləndirir və enerji diplomatiyasının uğurlu nümunəsi hesabolunur. Azərbaycan Türkmənistanın enerji resurslarının dünyabazarına çıxarılmasında logistik körpü rolunu oynayır. Türkmənqazının və neftinin Transxəzər dəhlizi vasitəsilə Azərbaycanərazisindən keçərək Avropaya çatdırılması imkanları hər iki ölkəüçün strateji əhəmiyyət kəsb edir. Son illərdə AzərbaycanınÖzbəkistanla münasibətləri sürətlə inkişaf edir və bu proses artıqenergetika sahəsinə də daxil olub. Prezident İlham Əliyevin qeydetdiyi kimi, SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinəbaşlayıb və kontrakt imzalanıb. Bu, Azərbaycan üçün həm iqtisadi,həm də siyasi baxımdan mühüm hadisədir.SOCAR-ın Özbəkistandafəaliyyəti, Azərbaycanın xaricdə enerji layihələrinə investisiyaqoyması və regional bazarlarda texniki biliklərini paylaşmasıbaxımından vacibdir. Bu addım eyni zamanda Özbəkistanın enerjisektorunda modernləşmə proseslərinə də töhfə verir və qarşılıqlıfaydaya əsaslanan əməkdaşlığı möhkəmləndirir."

A.Qarayev bildirib ki, nəticədə Azərbaycanın Türkmənistan vəÖzbəkistanla enerji əməkdaşlığı, regionda beynəlxalq əməkdaşlıqnümunəsi, iqtisadi inteqrasiyanın təşviqi və enerjitəhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətdaşıyır.

"Prezident İlham Əliyevin bu sahədə ortaya qoyduğu stratejibaxış, Azərbaycanı yalnız enerji ixracatçısı deyil, eyni zamandaenerji əməkdaşlığının təşəbbüskarı və lideri kimi formalaşdırır", -A.Qarayev əlavə edib.

Məqalədə:
Chosen
63
1
az.trend.az

10Sources