EN

Sabah 38 dərəcə – Bazar gününün HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidməti avqustun 24-də gözlənilən hava şəraitinə dair proqnozu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Chosen
67
49
nocomment.az

10Sources