AZ

Bakıda 34, bölgələrdə 38 dərəcə isti olacaq

Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 21-24°, gündüz 29-34° isti olacaq. 

 

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında da hava  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-23°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacaq.

Seçilən
42
49
senzor.az

10Mənbələr