Azərbaycanda avqustun 24-də havanın 38 dərəcə isti olacağı gözlənilir.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.