EN

Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır

Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Chosen
81
40
sia.az

10Sources