EN

Erməni bloger Rusiyada saxlanıldı

Moskva vilayətində erməni bloger Arsen Markaryan Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayı .

Qurumun açıqlamasına görə, o, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi üzrə cinayətdə şübhəli bilinir. İstintaqın versiyasına əsasən, Markaryan 25 fevralda məhdudiyyətsiz auditoriya üçün təhqiramiz məzmunlu video yayıb.

Yanvarın sonunda Moskva prokurorluğu bildirib ki, Markaryanın sözlərində terrorizmə çağırışlar aşkarlanıb. Nəzarət orqanı yoxlama apararaq materialları istintaq orqanlarına göndərib və onlar bloqer barəsində cinayət təqibi məsələsini həll etməli olublar. Qeyd olunub ki, Markaryan "terrorizm ideologiyası və praktikasının düzgünlüyü barədə möhkəm mövqe formalaşdırıb".

Chosen
44
4
publika.az

9Sources