Moskvada bloger Arsen Markaryan saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Markaryan Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi ilə (Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə, kütləvi informasiya vasitələrindən və ya internet də daxil olmaqla informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) nəzərdə tutulan cinayətdə şübhəli bilinir./APA
Tarix: 23 Avqust 2025, 21:06