Moskvada bloger Arsen Markaryan saxlanılıb.
APA xəbvər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Markaryan Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi ilə (Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə, kütləvi informasiya vasitələrindən və ya internet də daxil olmaqla informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə) nəzərdə tutulan cinayətdə şübhəli bilinir.