EN

Ronaldo yenə titulsuz qaldı

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanı Superkubokunun final matçı keçirilib.

QOL.az xəbər verir ki, həlledici oyunda "Əl-Nəsr" və "Əl-Əhli" qarşılaşıblar.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Kriştiano Ronaldo oyunda hesabı açıb. "Əl-Nəsr"in digər qolunu isə Marselo Brozoviç vurub. "Əl-Əhli"nin heyətində isə Frank Kessei və Rocer İbanez fərqləniblər.

Reqlamentə əsasən matçda əlavə vaxt oynanılmayıb və qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək, Superkubokun qalibi olub. Beləliklə, Ronaldo yenə "əl-Nəsr"də titulsuz qalıb.

 

Chosen
31
2
teleqraf.com

4Sources