EN

Anton Krivotsyuk “Anyanq”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün 27-ci turu çərçivəsində “Anyanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Krivotsyukun komandası bu qarşılaşmadan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 27 oyuna topladığı 42 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 27 oyuna 11 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 20-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 81 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.

Chosen
47
2
arena.az

10Sources