EN

Müayinə olundum, həkimlər beynimə girdilər Lukaşenko

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Prezidenti Aleksandr Lukaşenko səhhətində problemlərin olması ilə bağlı yazılanları təkzib edib.

Axar.az xəbər verir ki, bu barədə o, Birinci İnformasiya telekanalının efirində danışıb.

Belarus lideri bildirib ki, bu yaxınlarda tam tibbi müayinədən keçib, hətta həkimlər “beyninə də daxil olublar”.

"Bəzi xüsusi xidmət orqanları sağlamlıqla maraqlanır, internetdən oxuyuram, yazırlar ki, ölür. Deyirəm, qulaq asın, mən bunun əleyhinə deyiləm, bütün araşdırmaları təhvil verin, dərc etsinlər. Üstəlik, sevinirəm, hər şey qaydasındadır".

Avqust ayında Lukaşenko demişdi ki, o, növbəti prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
axar.az

4Sources