AZ

Lukaşenkodan MARAQLI AÇIQLAMA: "Onlar hətta beynimə də girdilər"

Belarus Prezidenti Aleksandr Lukaşenko həyatında ilk dəfə iki gün ərzində tam tibbi müayinədən keçdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o bu barədə “Birinci İnformasiya” telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, Belarus müxalifəti və bəzi dost ölkələrin xüsusi xidmət orqanları bəzən onun səhhətini “yoxlamağa” çalışır.

O, vəziyyətinin normal olduğunu vurğulayıb.

“Həkimlər mənimlə nə etmədilər ki, hətta beynimə də girdilər”, – deyə siyasətçi bildirib.

Dövlət başçısı onun sağlamlığı ilə bağlı söz-söhbət yayanlara keçdiyi bütün müayinələrin nəticələrinin dərc olunmaq üçün təqdim edilməsinə etiraz etmədiyini qeyd edib.

Seçilən
29
1
publika.az

4Mənbələr