AZ

Lukaşenko sağlamlığı ilə bağlı şayiələrə aydınlıq gətirdi

BAKI, 24 avqust. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Belarus televiziyasına müsahibəsində danışıb.

"Bizim qaçqınlar (xaricə köçmüş Belarus müxalifəti - red.) bəzən yazırlar ki, guya Lukaşenko ölür. O xəstədir, ölür. Görürəm, mənə məruzə ediblər ki, bəzi xüsusi xidmət orqanları, o cümlədən dost ölkələrin müvafiq orqanları sağlamlığımla maraqlanırlar", - Lukaşenko deyib.

O, bu yaxınlarda tam tibbi müayinədən keçdiyini söyləyib.

"Bu yaxınlarda həyatımda ilk dəfə iki gün ərzində tam tibbi müayinədən keçdim. Mənimlə nələr etmədilər, hətta beynimi də yoxladılar. Bəzi xüsusi xidmət orqanları da sağlamlığımla maraqlanır. İnternetdə yazırlar ki, ölürəm. Mən etiraz etmirəm, bütün müayinə nəticələrini ötürün və qoy dərc etsinlər. Üstəlik, mən şadam, hər şey normaldır", - prezident əlavə edib.

Seçilən
40
2
teleqraf.com

4Mənbələr