EN

Gəncədə MÜƏMMALI CİNAYƏT – 29 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 29 yaşlı kişi hələlik məlum olmayan şəraitdə bıçaq xəsarəti alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, MİDA yaşayış kompleksi binalarının yaxınlığında  baş verdiyi bildirilir. 

1996-cı il təvəllüdlü Elmir Əmirov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər xəstəxanalarından birinə çatdırılıb.

O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
33
1
bizim.media

2Sources