EN

İsa Həbibbəylinin qızı vəzifəsindən AZAD EDİLİB

Yazını böyüt
Yazını kiçilt

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Hafta.az xəbər verir ki, buna səbəb Günay Mənsimovaya verilən xüsusi şəhadətnamənin müddətinin bitməsi olub.

Məlumatı Ədliyyə Nazirliyi "ajans.az" saytına verilən açıqlamada da təsdiqləyib. "Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb", - açıqlamada qeyd olunur.

Qeyd edək ki, Günay Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti akademik İsa Həbibbəylinin qızıdır.

Chosen
1
22
hafta.az

10Sources