AZ

İsa Həbibbəylinin qızı VƏZİFƏDƏN UZAQLAŞDIRILDI – SƏBƏB AÇIQLANDI

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.

Mövzunun əsl səbəbini öyrənmək üçün Ajans.az Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya verilən cavabda bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitmişdir. Əlavə olaraq da, deyilib ki, Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmamışdır.

Xatırladaq ki, Günay Mənsimova akademik, deputat İsa Həbibbəylinin qızıdır. Onun iş fəaliyyətində zidd və qanundankənar əməllər haqqında bir neçə dəfə mətbuatda yazılar verilib.

Deputatın digər 2 oğlu da yüksək vəzifədə çalışır.

Seçilən
38
22
konkret.az

10Mənbələr