Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
Ajans.az-ın əldə etdiyi məlumata əsasən, Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.
Ədliyyə Nazirliyindan bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Əlavə olaraq qeyd olunub ki, onun şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.
Qeyd edək ki, Günay Mənsimova akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır.