Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimiz kimi, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
Vəzifəsindən azad edilməsinin səbəbini hafta.az-a açıqlayan Günay Mənsimova bildirib ki, buna səbəb verilən xüsusi şəhadətnamənin müddətinin bitməsi olub.
Günay xanım qeyd edib ki, onu Xaçmaz rayonunun 1 saylı notariat ofisinə təyin etsələr də, o, sosial vəziyyəti ilə əlaqədar bundan imtina edib.
"Mənim evim Bakıdadır, Xaçmazda işləmək yaşamımla, ailəmlə uyğun gəlmədiyi üçün imtina etdim. Münasib təyinat gözləyirəm", - deyə G.Mənsimova vurğulayıb.
Qeyd edək ki, Günay Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti akademik İsa Həbibbəylinin qızıdır.