EN

ASA: “Sədərək” TM-in icarəyə verdiyi anbarda yanğınla bağlı sığorta şirkətlərinə heç bir müraciət daxil olmayıb

"Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi (TM) tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş verib. Hadisə ciddi zərərlə nəticələnib.Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır".

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.

Qeyd olunub ki, Assosiasiya tərəfindən sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb. Əldə edilən və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb.

"Qeyd edək ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. ASA olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik", - deyə açıqlamada bildirilib.

Chosen
8
17
apa.az

10Sources