AZ

“Sədərək”dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb

Bildiyiniz kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş vermişdir. Hadisə ciddi zərərlə nəticələnmişdir. Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır.

«Sədərək» TM-da az pul yığılmır, o pulları yanğından müdafiəyə xərcləmək lazımdır» - MİLLƏT VƏKİLİ

Azərbaycan Sığortaçılar Assosiasiyasınıdan FED.az-a verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası bu hadisə ilə bağlı ölkədə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlayıb: "Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb".

Qeyd edək ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik.

Seçilən
9
17
fed.az

10Mənbələr