EN

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 12 tribunadan 9-nun biletləri satılıb.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Ümumilikdə 12 tribuna tədbir iştirakçılarını qarşılayacaq, bunlardan 2-si yeni tikilib. 9 tribunaya biletlər artıq tükənib.

2025-ci ildə 20 mindən çox oturacaq yeri nəzərdə tutulub. İlk bilet Avstraliyadan alınıb, indiyə qədər isə 100-dən çox ölkədən bilet satılıb.

Sentyabrın 19-da italyan-amerikalı məşhur DJ Anyma Bakı səmasını elektron musiqi və vizual sənət elementləri ilə dolduracaq. Sentyabrın 20-də isə dünyaca məşhur DJ Martin Garrix izləyiciləri enerjili ritmlərlə həftəsonuna həyəcan qatacaq. Ayın 21-də qlobal musiqi fenomeni Glass Animals çıxışı ilə tədbiri zirvəyə daşıyacaq.

Yarışla bağlı tikinti işləri də, demək olar ki, yekunlaşıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Milli.Az

Chosen
43
2
milli.az

4Sources