EN

Günəşdə dördüncü güclü partlayış baş verdi

Günəşdə gün ərzində dördüncü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

M1.0 (S21E26) sinifli partlayış Bakı vaxtı ilə saat 16:07-də rentgen diapazonunda qeydə alınıb. Onun müddəti 45 dəqiqə olub.

Bundan əvvəl M3.3, M1.3 və M4.5 sinifli partlayışlar baş verib.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun alimləri gecə ərzində Günəşin aktivliyinin artdığını bildiriblər. Onlar ən yüksək X sinifli partlayışın baş verə biləcəyini istisna etmirlər.

Chosen
2
2
publika.az

4Sources