AZ

Günəşdə gün ərzində dördüncü güclü partlayış baş verib

Günəşdə

Tətbiqi Geofizika İnstitutu gün ərzində Günəşdə dördüncü alovlanmanın baş verdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.

M1.0 (S21E26) sinfində olan alovlanma rentgen diapazonunda qeydə alınıb. Onun davametmə müddəti 45 dəqiqə olub.

Bundan əvvəl M3.3, M1.3 və M4.5 sinifli alovlanmalar barədə məlumat verilmişdi.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsi Günəş Astronomiyası Laboratoriyasının alimləri gecə ərzində Günəş aktivliyinin artdığını bildiriblər. Onlar ən yüksək X sinifli alovlanmanın da baş verə biləcəyini istisna etmirlər.

Günəş alovlanmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Burada A – ən zəifi, X isə – ən güclüsüdür. Hər sinif əvvəlkindən 10 dəfə güclüdür. M və X sinifli alovlanmalar geomaqnit qasırğalarına, peyk rabitəsinə, naviqasiyaya təsir göstərə və qeyri-adi coğrafi enliklərdə qütb parıltılarına səbəb ola bilər.

Əvvəlki gün astronomlar son iki ayın ən güclü alovlanmasını – M4.6 sinifli partlayışı qeydə alıblar.

Məryəm Quliyeva

Seçilən
4
2
xalqcebhesi.az

4Mənbələr