EN

"Ferentsvaroş"un futbolçusu: "Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

"Ferentsvaroş" komandası Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib.

"Report"un məlumatına görə, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıa qələbə qazanmaq üçün gəlmişik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Chosen
48
15
report.az

10Sources