EN

ÇL: “Qarabağ” “Ferentsvaroş”u qəbul edir

  Bu gün “Qarabağ” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə cavab oyununu keçirəcək.

Referans  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Saat 20:45-də start götürəcək matçın baş hakimi Kleman Türpindir.

Komandalar arasında Macarıstanda keçirilən ilk oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

27 avqust

 
20:45 “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) (ilk oyun – 3:1)

Hakimlər: Kleman Türpin, Nikolas Danos, Aleksis Auqe, Romen Lissorqe

VAR: Cerom Brisar

AVAR: Nikolas Reynvil

Hakim inspektor: Vitor Melo Pereyra

UEFA nümayəndəsi: Devid Makdouell

Tofiq Bəhramov adına Respublika Stadionu  

Chosen
53
1
referans.az

2Sources