AZ

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"u qəbul edir

BAKI, 27 avqust. TELEQRAF

Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə cavab oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Saat 20:45-də start götürəcək matçın baş hakimi Kleman Türpindir.

Komandalar arasında Macarıstanda keçirilən ilk oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

27 avqust

20:45 "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) (ilk oyun - 3:1)

Hakimlər: Kleman Türpin, Nikolas Danos, Aleksis Auqe, Romen Lissorqe

VAR: Cerom Brisar

AVAR: Nikolas Reynvil

Hakim inspektor: Vitor Melo Pereyra

UEFA nümayəndəsi: Devid Makdouell

Tofiq Bəhramov adına Respublika Stadionu

Seçilən
13
50
teleqraf.com

10Mənbələr